Yaponiyanın milli valyutası ucuzlaşmaqda davam edir.
Eləcə də bax: Yaponiya Rusiyaya qarşı sanksiyaları - GENİŞLƏNDİRİB
FED.az xəbər verir ki, ABŞ dolları/Yen məzənnəsi 147 yen səviyyəsinə də keçib. Bu, yenin dollar qarşısında son 32 ilin ən aşağı məzənnəsidir.
Məzənnə 1 dollar üçün 147,55-147,58 yen təşkil edib. Dollar/Yen məzənnəsi sonuncu dəfə bu səviyyələrdə 1990-cı ilin avqustunda olmuşdu.
Bir neçə aydır Yenin rekord ucuzlaşması, inflyasiyanın qarşısını almaq üçün faizlərini artıran Qərb mərkəzi bankları ilə bazarı stimullaşdırmaq üçün faizini mənfi səviyyədə saxlayan Yaponiya Mərkəzi Bankı arasında faiz dərəcələrindəki uçurum fonunda davam edir.
Yumşaq pul siyasətinin yeninin zəifləməsinə və qiymətlərin artmasına səbəb olması ilə bağlı tənqidlərə baxmayaraq, Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda tənzimləyicinin heç bir tədbir görmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Sentyabrın sonunda növbəti iclasda faiz dərəcəsinin mənfi 0,1% səviyyəsində saxlanmasına qərar verilib.
Sentyabrın sonunda Yaponiya hakimiyyəti 1998-ci ildən bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini sabitləşdirmək üçün valyuta intervensiyaları (dollar satıb yen alıb) həyata keçirib ki, bu da Yenin qısamüddətli bahalaşmasına səbəb olmuşdu (1 dollar 145 yen səviyyəsindən 140 yen səviyyəsinə düşmüşdü). Lakin sonra yenidən məzənnə yüksəlib. (Marja)