Dünən Yaponiya Mərkəzi Bankının faiz qərarı və pul-kredit siyasəti toplantısının nəticələri fonunda dollar yen qarşısında kəskin şəkildə bahalaşaraq 151.70 həddinə qədər yüksəlib və 1 ilin maksimum səviyyəsini yeniləyib.
Bakı vaxtı ilə saat 10:00-a olan məlumata əsasən, USDJPY məzənnəsi bir qədər ucuzlaşaraq, 151.28 səviyyəsindən ticarət olunur.
Qızılın qiyməti noyabrın ilk ticarət sessiyasında ucuzlaşıb. Hal-hazırda “qiymətli metalın” dəyəri 1980$ səviyyəsində qiymətləndirilir. İnvestorlar isə çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) toplantısının nəticələrini gözləyirlər.
Həmçinin bugün Amerikada dərc olunacaq Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı və “JOLTS” Boş İşyerləri Hesabatı göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.