İnvestorlar mərkəzi bankların bu həftə açıqlanacaq qərarları fonunda sıx məlumat gündəmini təqib edərkən, birjalarda həftənin ilk əməliyyat günündə dollar indeksində müsbət tendensiya müşahidə edilib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Analitiklər ABŞ, Avropa və Yaponiya mərkəzi banklarının pul-kredit siyasəti qərarlarının investorların diqqət mərkəzində olduğunu, bazar iştirakçılarının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) çərşənbə günü verəcəyi qərarın FED-in monetar siyasətinin gələcək istiqaməti ilə bağlı ipucu axtaracaqlarını bildirib.
ABŞ-da bu həftə makroiqtisadi məlumat təqviminin zəngin olduğuna diqqət çəkən analitiklər, “Microsoft”, “Alphabet”, “Meta” və “Exxon Mobil” şirkətlərinin ikinci rüb maliyyə nəticələrinin də investorlar tərəfindən izlənəcəyini qeyd ediblər.
Bu gün Amerikada dərc olunacaq ““Conference Board” İstehlakçı İnamı İndeksi DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər. Qeyd edək ki, “Buğalar” DXY-da qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.