“MJ Finance Bank Olmayan Kredit Təşkilatı” ASC-nin illik 16% gəlirliliklə buraxdığı 2 milyon manatlıq istiqrazların yerləşdirilməsi başa çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Bakı Fond Birjası (BFB) məlumat yayıb.
Xatırladaq ki, buraxılışın anderrayterləri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC olub.
Birjanın məlumatına görə, bu gün, 19 oktyabr 2026-cı il tarixində keçirilən yerləşdirmə zamanı hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd istiqrazın hamısı satılıb.
Xatırladaq ki, “MJ Finance BOKT”un istiqrazlarına abunə yazılışı oktyabrın 2-dən başlayaraq 16-dək davam edib. İstiqrazlara maraq böyük olub - prosesdə 208 investor iştirak edib və ümumilikdə 247 sifariş təqdim olunub.
Nəticədə 2 milyon manatlıq istiqrazlara verilən sifarişlərin ümumi məbləği 2 milyon 72 min 400 manat təşkil edib. Beləliklə, istiqrazlara tələb təklif edilən məbləği 72 min 400 manat və ya 3,62% üstələyib.
İstiqrazların illik faiz dərəcəsi 16%, tədavül müddəti isə 18 ay müəyyən edilib. Faiz gəlirləri investorlara hər ay ödəniləcək.
Qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. Onların ISIN kodu AZ2003023168-dir.
Yerləşdirmənin əsas anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, digər anderrayteri isə “Troni İnvestisiya Şirkəti” QSC olub.
Qeyd edək ki, “MJ Finance”ın ümumi istiqraz emissiyası 6 milyon manat təşkil edir. Yerləşdirilən 2 milyon manatlıq hissə həmin emissiyanın bir tranşıdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“MJ Finance BOKT” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2003023168 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
20,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
2,000,000 manat |
|
İllik gəlirlilik faizi |
16% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
18 ay |
|
Minimal qiymət |
100 (16.0000%) manat |
|
Maksimal qiymət |
100 (16.0000%) manat |
|
Kəsmə qiyməti |
100 (16.0000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (16.0000%) manat |
|
Reallaşdırılmış həcm |
2,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
2,072,400 manat |
|
Abunə yazılışında iştirak etmiş investor sayı |
208 |
|
Sifarişi icra edilmiş investor sayı |
208 |
|
Abunə yazılışında təklif edilmiş sifariş sayı |
247 |
|
İcra edilmiş sifariş sayı |
247 |
|
Əsas Anderrayter, Anderrayter |
"ABB-lnvest investisiya Şirkəti" QSC, "Troni İnvestisiya Şirkəti" QSC |









![«MJ Finance»nin istiqrazlarına böyük tələb – [red]208 İNVESTOR SİFARİŞ VERDİ[/red] | FED.az](/upload/news/small/2598867.jpeg)
![«MJ Finance»nin istiqrazlarına böyük tələb – [red]208 İNVESTOR SİFARİŞ VERDİ[/red] | FED.az](/upload/news/small/2068400.jpeg)
![«MJ Finance»nin istiqrazlarına böyük tələb – [red]208 İNVESTOR SİFARİŞ VERDİ[/red] | FED.az](/upload/news/small/674846.jpeg)
![«MJ Finance»nin istiqrazlarına böyük tələb – [red]208 İNVESTOR SİFARİŞ VERDİ[/red] | FED.az](/upload/news/small/3327881.png)








