Oktyabrın 27-də Bakı Fond Birjasında (BFB) “KollektA” ASC-nin 1 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BFB-nin məlumatına əsasən, hərraca hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz çıxarılacaq.
İstiqraz buraxılışının anderrayteri ölkənin aparıcı investisiya şirkətlərindən olan “Troni İnvestisiya Şirkəti” QSC-dir. Şirkət qiymətli kağızların yerləşdirilməsini təşkil edəcək.
İstiqrazlar yüksək gəlir marğısı ilə – illik 16% gəlirliliklə təklif edilir. Dövriyyədə 18 ay olacaq, qiymətli kağızlar üzrə faizlər hər ay ödəniləcək.
Bu şərtlərlə, məsələn, 10 000 manatlıq bir istiqraz üzrə illik gəlirlilk 1600 manat, aylıq faiz gəliri təxminən 133 manat olacaq. Həmin məbləğdə istiqraz alıb 18 ay saxlayan investor isə bu müddətdə 2400 manat qazanacaq.
Emissiyanın ümumi həcmi nəzərə alındıqda, 1 milyon manatlıq istiqrazların sahiblərinə ümumilikdə 18 ay ərzində 240 min manat faiz ödənilməsi nəzərdə tutulur.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. Yerləşdirmə birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“KollektA” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002028671 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
İllik gəlirlilik faizi |
16% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
18 ay |
|
Ticarətə buraxılma tarixi |
27.10.2026 |
|
Anderrayter |
"Troni İnvestisiya Şirkəti" QSC |














