Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan «Troni İnvestisiya Şirkəti»nin mobil tətbiqi fəaliyyətə başlayıb.
Yeni mobil tətbiq vasitəsilə kapital və fond bazarlarını rahat və təhlükəsiz şəkildə izləmək, investisiya yatırmaq və ticarətlə məşğul olmaq mümkündür.
İntuitiv interfeysə malik olan mobil tətbiqdən istifadə sadə, rahat və hər kəs üçün əlçatan istifadə imkanı yaradır.
Yeni tətbiq təkcə mobil telefonlar üçün deyil - «Troni» platformasından həm mobil, həm də veb tətbiq vasitəsilə istənilən vaxt və məkanda istifadə etmək mümkündür.
«Troni» mobil tətbiqi son dövrlər aktuallaşan kiber təhlükələrə qarşı da dayanıqlıdır. Tətbiqdə beynəlxalq standartlara uyğun müasir təhlükəsizlik texnologiyaları istifadə olunmaqla istifadəçi məlumatları və əməliyyatlar etibarlı şəkildə qorunur.
Yeni mobil tətbiq vasitəsidə istifadəçilər beynəlxalq standartlara uyğun rəqəmsal identifikasiya ilə və qısa müddətdə hesab aça bilərlər.
Tətbiq vasitəsilə ölkənin əsas fond bazarı olan Bakı Fond Birjasında real vaxt ticarətini, qiymət dəyişikliklərini izləmək və əməliyyatlar aparmaq mümkündüpr.
Digər tərəfdən, «Troni» mobil tətbiqində istifadəçilər üçün bazar təkliflərinin canlı izlənməsi (Order Book), yəni alış və satış sifarişlərini real vaxtda müşahidə etmək imkanı yaradılıb.
Tətbiqin istifadəçiləri onun vasitəsilə portfel və depo hesablarını izləyib rahat idarə edə bilərlər. Eyni zamanda tətbiq vasitəsilə mədaxil və məxaric əməliyyatları da aparmaq mümkündür.
İstifadəçilər üçün əsas məqamlardan biri – tətbiqdən istifadə etməklə investorlar ilkin bazar təkliflərində iştirak imkanı qazana biləcəklər, yəni mobil tətbiq yeni qiymətli kağız emissiyalarına və investisiya imkanlarına birbaşa çıxış yaradır.
Nəhayət, «Troni» mobil tətbiqində şirkətin birbaşa canlı dəstək xidməti nəzərdə tutulub. Burada «Troni» istifadəçilərinə operativ və peşəkar dəstək təqdim olunur.
«Troni» mobil tətbiqini hər iki populyar əməliyyat sistemində, həm iOS-da, həm də Android versiyasını «Play Store»da, eləcə də «Troni» İnvestisiya şirkətinin internet səhifəsində (https://troni.az/) yükləmək mümkündür.
«Troni» mobil tətbiqini yükləmək üçün linklər:
https://apps.apple.com/az/app/troni/id6807388795
https://play.google.com/store/apps/details?id=com.troni.app
“Troni İnvestisiya Şirkəti”nin xidmətləri barədə daha ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən (https://troni.az/) və ya telefonla əlaqə saxlamaqla (+994 10 256 78 56) əldə etmək mümkündür.











![«Troni İnvestisiya şirkəti»nin mobil tətbiqi istifadəyə verildi – [red]ƏLÇATAN VƏ TƏHLÜKƏSİZ YATIRIM İMKANI[/red] | FED.az](/upload/news/small/3755697.jpeg)
![«Troni İnvestisiya şirkəti»nin mobil tətbiqi istifadəyə verildi – [red]ƏLÇATAN VƏ TƏHLÜKƏSİZ YATIRIM İMKANI[/red] | FED.az](/upload/news/small/4344319.jpeg)
![«Troni İnvestisiya şirkəti»nin mobil tətbiqi istifadəyə verildi – [red]ƏLÇATAN VƏ TƏHLÜKƏSİZ YATIRIM İMKANI[/red] | FED.az](/upload/news/small/3230444.jpeg)
![«Troni İnvestisiya şirkəti»nin mobil tətbiqi istifadəyə verildi – [red]ƏLÇATAN VƏ TƏHLÜKƏSİZ YATIRIM İMKANI[/red] | FED.az](/upload/news/small/1733220.jpeg)
![«Troni İnvestisiya şirkəti»nin mobil tətbiqi istifadəyə verildi – [red]ƏLÇATAN VƏ TƏHLÜKƏSİZ YATIRIM İMKANI[/red] | FED.az](/upload/news/small/946024.jpeg)
![«Troni İnvestisiya şirkəti»nin mobil tətbiqi istifadəyə verildi – [red]ƏLÇATAN VƏ TƏHLÜKƏSİZ YATIRIM İMKANI[/red] | FED.az](/upload/news/small/2536148.png)








