Avromak MMC
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis
Son tarix 23 noy 2026 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Ali təhsil (standartlaşdırma və qida sənayesi üzrə təhsil üstünlükdür);
- İstehsalat sahəsində keyfiyyətə nəzarət üzrə 1–2 il iş təcrübəsi;
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
- Əməyin mühafizəsi qaydaları barədə ilkin biliklərə sahib olmaq;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri
- İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə və müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
- İstehsal prosesində keyfiyyət və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
- İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasını yoxlamaq;
- İstehsala daxil olan xammal və materialların keyfiyyətini, müşayiətedici sənədlərini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq;
- Hazır məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;
- Anbarlarda hazır məhsulların keyfiyyət vəziyyətini mütəmadi yoxlamaq;
- İstehsal prosesinə dair keyfiyyət qeydiyyat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək;
- Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aidiyyəti rəhbərliyə məlumat vermək;
- Məhsullar üzrə keyfiyyət sənədlərinin hazırlanmasında və tələb olunduqda keyfiyyət vəsiqələrinin təqdim edilməsində iştirak etmək;
- Keyfiyyət problemlərinin təkrarlanmaması üçün müvafiq təkliflər vermək.
İş şəraiti
- Əməkhaqqı: 600–700 AZN;
- İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00;
- İstirahət günləri: Şənbə və bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır














