Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin təşkilatçılı ilə növbəti istiqrazlar buraxılacaq.
“GL” ASC ümumi həcmi 1 milyon 400 min manat olan iki istiqraz buraxılışı həyata keçirir. İstiqrazların illik gəlirliliyi 15%, tədavül müddəti isə 7 ildir. Hər iki buraxılışın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
FED.AZ xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 22 oktyabr 2026-cı il tarixli qərarları ilə “GL” ASC-nin iki ayrı istiqraz buraxılışının ticarətə buraxılmasına icazə verilib.
Birinci buraxılış çərçivəsində 500 min manatlıq 5 min ədəd, ikinci buraxılış çərçivəsində isə 900 min manatlıq 9 min ədəd istiqraz nəzərdə tutulub. Beləliklə, hər iki buraxılış üzrə ümumilikdə 14 min ədəd istiqraz buraxılır. İstiqrazların hər birinin ilkin ticarət qiyməti 100 manatdır.
Hər iki buraxılış üzrə illik gəlirlilik 15%, tədavül müddəti isə 7 il müəyyən edilib. İstiqrazların əsas üstünlüklərindən biri faiz ödənişlərinin aylıq həyata keçirilməsidir. Belə ki, faizlər hər ayda bir dəfə, hər ayın 30 gün qəbul edilməsi şərti ilə ödəniləcək.
Bu şərtlərlə 100 manatlıq bir istiqraz üzrə illik faiz gəliri 15 manat, aylıq faiz ödənişi isə 1,25 manat təşkil edir. 1000 manatlıq nominal məbləğə uyğun 10 istiqraz üzrə isə illik faiz gəliri 150 manat, aylıq ödəniş 12,50 manat olacaq.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır. Onların ticarəti kütləvi, birqiymətli hərrac üsulu ilə aparılacaq. Hər iki istiqraz buraxılışının anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
500 min manatlıq buraxılışın ISIN kodu AZ2047020287, 900 min manatlıq buraxılışın ISIN kodu isə AZ2046020288-dir. İstiqrazların ticarətə buraxılacağı tarix emitent tərəfindən əlavə olaraq açıqlanacaq.
İki istiqraz buraxılışının müqayisəsi
|
Göstərici |
I buraxılış |
II buraxılış |
|
Buraxılış həcmi |
500 000 AZN |
900 000 AZN |
|
İstiqrazların sayı |
5 000 |
9 000 |
|
İlkin ticarət qiyməti |
100 AZN |
100 AZN |
|
İllik gəlirlilik |
15% |
15% |
|
Tədavül müddəti |
7 il |
7 il |
|
Faiz ödənişi |
Hər ay |
Hər ay |
|
ISIN |
AZ2047020287 |
AZ2046020288 |
|
Anderrayter |
İnvest-AZ |
İnvest-AZ |







!["İnvestAz"ın dəstəyi ilə illik 15% gəlirli istiqrazlar buraxılır - [red]ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/4153123.png)
!["İnvestAz"ın dəstəyi ilə illik 15% gəlirli istiqrazlar buraxılır - [red]ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/1081298.png)








