31 iyul 2024-cü il saat 10.00-da ləğvetmə prosesində olan “Gəncə Universam” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Ləğvetmə prosesində olan “Gəncə Ərzaqnəqliyyat” ASC səhmdarlarının - YIĞINCAĞI KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
2. Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
4. Digər məsələlər.
Ümumi yığıncaq Gəncə şəhəri, H.Əliyev prospekti 149 nömrəli ünvanda keçiriləcəkdir.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər.
Əlaqə nömrəsi: +994 22 266 45 92.