FED sədri Jerom Pavelin “Mərkəzi Bankçılıq 2022” Forumunda inflyasiyanın qarşısını almaq üçün bütün rıçaqlardan istifadə edəcəklərini bir daha vurğulaması fonunda dolların bahalaşması davam edir. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD məzənnəsi 1.0370, GBP/USD cütlüyü isə 1.2000 hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə 10:00-da İngiltərədə açıqlanacaq ÜDM güstəricisi, həmçinin 17:30-da isə AMB sədri K.Laqardın çıxışı investorların diqqət mərkəzində olacaqdır.
FED-in sərt monetar siyasəti fonunda təzyiq altında qalan qızılın bir unsiya üzrə dəyəri bu 1815.50$-ın altına düşərsə, 1805$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.