28 iyun 2024-cü il tarixində saat 10:00-da "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, 36 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. "Azərtəkrarqarametal" ASC-nin Müşahidə Şurasının (Direktorlar Şurasının) seçilməsi
2. "Azərtəkrarqarametal" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Azərtəkrarqarametal" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, 36 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.