VTB (Azərbaycan) Böyük Vətən Müharibəsi veteranlarını və Leninqrad mühasirəsinin iştirakçılarını Qələbənin 79-cu ildönümü münasibətilə təbrik ediblər. Bankın əməkdaşları müharibə və əmək qəhrəmanlarını şəxsən ziyarət edib, onlara göstərdikləri şücaətlərə görə minnətdarlıqlarını bildirib, gül və hədiyyələr təqdim ediblər.
«VTB (Azərbaycan) üçün ölkəmizdə yaşayan Böyük Vətən Müharibəsi və əmək veteranlarını ziyarət etmək ənənəyə çevrilib. Bu insanlar çətin sınaqlardan keçmiş və dünyanı gələcək nəsillər üçün qoruyub saxlayan qəhrəmanlarımızdır», - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.