Bu ilin yanvar-iyun aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 305,1 min ton ət istehsal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verirk ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4% artıb.
Bundan başqa, 1 milyon 140,8 min ton süd, 1 milyard 217,4 milyon ədəd yumurta, 13,1 min ton yun, 155,0 ton barama istehsal olunub.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə süd istehsalı 0,3% artıb, yumurta istehsalı eyni səviyyədə qalıb, yun istehsalı 2%, barama istehsalı 16,8% azalıb.
Hesabat dövründə quşçuluq müəssisələrində diri çəkidə 53 min ton quş əti və 602,5 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə 1 iyul tarixinə cəmi quşların sayı 13 milyon 860,1 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 132 ədəd yumurta alınıb.















