“Azərenerji” ASC (VÖEN: 9900000421) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 330/110/10 kV-luq "Ələt AİZ" YS-nın tikintisi ilə əlaqədar 3 ədəd 250 MVA transformatorların və 1 ədəd 330 kV GİS yuvanın quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 58 milyon 17 min manatdır.
Tenderdə iştirak haqqı 7 min 703 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Həmid İsazadə - Baş mütəxəssiz / [email protected] / +994 12 490 09 27















