Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
AQTA: Azərbaycanda heyvanların birja ilə satışı - Yaxın vaxtlarda olmayacaq
FED.az xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstandan qoyun tədarük edən ölkələr arasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstandan Səudiyyə Ərəbistanına 5,6 milyon ABŞ dolları, Qətərə 1,8 milyon ABŞ dolları, Liviyaya 1 milyon ABŞ dolları, Küveytə 1 milyon ABŞ dolları dəyərində qoyun göndərilib. (Report)















