Azərbaycanda ən az öhdəlikləri olan - 5 BANK - SIYAHI
Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə öhdəlikləri ən az olan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı öhdəliklərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, öhdəliklərinin həcmi ən az olan bank «Bank Melli İran»nı Bakı filialı olub. Filialın öhdəliklərinin həcmi 65,9 milyon manat təşkil edib.
Öhdəlikləri az olan digər bank «Bank Avrasiya»dır. Bankın cəmi öhdəlikləri 127,7 milyon manatdır.
«VTB Bank Azərbaycan»ın öhdəliklərinin həcmi 220,7 milyon manat, «AFB Bank»da isə 461,4 milyon manat təşkil edib.
Ən az öhdəliyi olan bankların 5-liyində sonuncu yeri 474,1 milyon manat öhdəliklərlə «Premium Bank» tutur.















