İyunun 11-də başlayan, bir aydan artıq davam edən və iyulun 19-da Nyu-Cersi ştatının 81 min nəfərlik MetLife Stadionunda fantastik final matçı ilə başa çatan Futbol üzrə Dünya Çempionatı təkcə dünyanın ən güclü futbol komandasını müəyyən etmədi.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bütün dünyada, o cümlədən Azərbaycanda milyonlarla insanın izlədiyi çempionat təkcə maraqlı və ekzotik azarkeşlərlə deyil, həm də Azərbaycanda uzun illərdən bəri futbol mövzusunda ən maraqlı bank kampaniyası ilə yadda qaldı.
Çempionatla eyni vaxtda başlayan "ABB Play - Qollar qazandırır" kampaniyası bütün yarış boyu ölkə azarkeşlərinin və bank müştərilərinin böyük marağına səbəb oldu.
Azarkeşlər ABŞ-dakı oyunların hesabları ilə yanaşı, ABB mobil tətbiqindəki qolların sayını da böyük maraqla izləyirdilər.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) Futbol üzrə Dünya Çempionatı münasibətilə "ABB Play - Qollar qazandırır" gamification kampaniyasını iyun ayında başlamışdı.
İlk oyundan finala qədər – 39 gün davm edən kampaniyanın şərtlərinə görə, iştirakçılar həm futbol oyunlarının nəticələrini təxmin edərək və həm də bəzi bank əməliyyatları həyata keçirərək xüsusi xallar - «qollar» toplayırdı.
Məsələn, oyun nəticələrini dəqiq hesabla təxmin edən şəxslər 50 min qol, fərqli hesabla yalnız qalibi və ya heç-heçəni təxmin edən şəxslər 20 min qol qazanır. «Play off» mərhələsində (1/16 final, 1/8 final, 1/4 final, yarımfinal, final) isə qazanılan «qollar» 2 qat hesablanırdı.
Bundan başqa, kampaniya çərçivəsində ABB-nin bəzi xidmətlərindən yararlanan bütün müştərilər də həmin qollardan toplaya bilərdilər. Məsələn, kampinya vaxtı ABB-dən istehlak krediti götürənlər 100 min qol, ABB-nin partnyor mağazalarından məhsulu hissə-hissə ödəməklə alan şəxslər 100 min qol, “TamKart” krediti limit açan yeni müştərilər 90 min qol, “Premium” debet kart sifariş edən müştərilər 50 min qol, “DigiDeposi” hesabı açan müştərilər 50 min qol qazana bilərdilər.
ABB mobile tətbiqi ilə “DigiTravel”dan aviabilet alan müştərilər 20 min, ilk dəfə “DigiHesab Max” açan müştərilər 20 min, “Classic/Standart” debet kartı sifariş edən müştərilər 20 min, “Open Banking” xidmətinə qoşulan, -yəni cari tarixdə ilk dəfə hesab əlavə edən müştərilər 10 min, ABB-də “Dama-dama” hədəfi yaradan müştərilər isə 10 min qol qazanırdı.
Sonda bütün «qollar» hesablanır və sahiblərinə real fayda gətirirdi. Kampaniyanın qaydalarına görə, iştirakçılar arasında ən çox qol toplayan 6100 nəfərin hədiyyə və mükafat qazanması nəzərdə tutulurdu. Mükafatlar aşağıdakılar idi:
1-ci yer: 10,000 AZN Səyahət Kuponu
2-ci yer: 7,500 AZN Səyahət Kuponu
3-cü yer: 5,000 AZN Səyahət Kuponu
4-8-ci yer: iPhone 17 Pro Max 256GB (5 ədəd)
9-15-ci yer: MacBook Air 13 M4 (7 ədəd)
16-30-cu yer: iPad Air 13-inch M4 (15 ədəd)
31-50-ci yer: Apple Watch Series 11 42MM (20 ədəd)
51-100-cü yer: Apple AirPods 4 (50 ədəd)
101-1,100-cü yer: 10 AZN Keşbek (1,000 nəfər)
1,101-6,100-cü yer: 5 AZN Keşbek (5,000 nəfər)
ABB-nin artıq hay-küy olmadan, təvazökarcasına başladığı bu kampaniya azarkeşlərin və sadə bank müştərilərinin böyük marağına səbəb olub. Azərbaycanda ilk dəfə olaraq futbol, ümumiyyətlə idman mövzusunda keçirilən kampaniyaya 120 min nəfərdən artıq iştirakçı qoşuldu. İştirakçıların qazandığı qolların sayı isə bir neçə milyonla ölçülürdü.
Hədiyyələrin cəlbedici olması ilə yanaşı, sayının çox olması da iştirakçıları həvəsləndirib.
Kampaniyaya maraq elə həddə çatıb ki, artıq ölkədəki adi azarkeşlər və bank müştəriləri ilə yanaşı, bank və sığorta sektorunda, o cümlədən digər banklarda çalışan əməkdaşlar da "ABB Play - Qollar qazandırır" kampaniyasında iştirak ediblər.
Belə ki, kampaniyanın davam etdiyi 39 gün ərzində futbol oyunları ilə bağlı 3 milyondan çox hesab təxmini – proqnozu gəlib. Yarış nəticəsində 30 minə yaxın şəxs 1 milyondan artıq «qollar» toplayıb, birinci yeri tutan şəxsin qol sayı isə 3,2 milyona yaxın olub. Başqa sözlə, kampaniyanın davam etdiyi dövrdə 50 milyarddan artıq qollar toplanıb.
Bu rəqəmlərABB-nin ilk kütləvi futbol aksiyasının marketinq baxımından nə dərəcədə “hədəfə dəydiyini” göstərir.
"ABB Play – Qollar qazandırır" kampaniyası təkcə Dünya Çempionatına həsr olunmuş marketinq layihəsi kimi deyil, həm də Azərbaycanın olduqca rəqabətli bank sektorunda son illərdə həyata keçirilən ən maraqlı və geniş kampaniyalardan biri kimi yadda qaldı.
Azarkeşlərin futbol həyəcanını bank xidmətləri ilə birləşdirən layihə qısa müddətdə 120 mindən çox iştirakçını əhatə etməklə, müştərilərlə yeni ünsiyyət modeli formalaşdırdı. Kampaniya göstərdi ki, düzgün ideya, doğru zamanlama və istifadəçi təcrübəsi bir araya gəldikdə bank kampaniyası da ölkə miqyasında böyük hadisəyə çevrilə bilər.















