Bu ilin ilk yarısında Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 4 milyard 374,9 milyon manat qazanıb.
Neft Fondunun gəlirləri 300 milyon manat – AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Fonda istinadən xəbər verir ki, bu, ötən ilin birinci yarısı ilə müqayisədə 52,4 milyon manat və ya 1,2% azdır.
Xatırladaq ki, ARDNF ötən ilin ilk yarısında AÇG-dən 4 milyard 427,3 milyon manat qazanmışdı.
Qeyd edək ki, hesabat dövründə Fondun gəlirləri 8 milyard 531, 3 milyon manat təşkil edib. Gəlirlər 2025-ci ilin birinci yarısı ilə müqayisədə 301,7 milyon manat və ya 3,4% azalıb. O cümlədən sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 milyard 953,4 milyon manat (789,8 milyon manat və ya 13,8% az), vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat (488,1 milyon manat və ya 15,8% çox) təşkil edib.














