Elektron pul təşkilatı “Azvvallet” MMC (VÖEN: 1308923721) ləğv edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin ləğv olunması ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, şirkət 2024-cü ildə yaradılsa da, ötən il Azərbaycan Mərkəzi Bankından lisenziya almışdı, amma lisenziya bu ilin may ayında ləğv edilmişdi.
Qeyd edək ki, “Azvvallet” MMC-nin nizamnamə kapitalı 817 min 662 manatdır. Şirkətin qanuni təmsilçisi Axundov Anar Afiq oğludur.














