Bu ilin iyun ayının sonuna Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin aktivlər üzrə bölgüsü açıqlanıb.
Neft Fondunun gəlirləri 300 milyon manat – AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Fonda istinadən xəbər verir ki, portfelin ən böyük hissəsini istiqrazlar və pul bazarı alətləri tutur. Bu, ümumi portfelin 33,8%-ini təşkil edir.
Portfelin digər ən böyük pay hissəsi qızıla düşür. Qızıl ehtiyatları ümumi portfelin 31,4%-ini tutub.
Bundan başqa, ARDNF investisiya portfelində səhmlər 28,1%, daşınmaz əmlak və infrastrukturun payı 6,7% olub.
Bu ilin ilk iki rübündə ARDNF-nun investisiya portfelinin aktivlər üzrə bölgüsü daha ətraflı:

















