“Aqroservis” ASC (VÖEN: 1700382471) tender elan edib.
Nazirlik sərginin keçirilməsinə – 540 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində nizamnamə kapitalında dəyişiklik edilməsi ilə bağlı audit rəyinin verilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 12 min 165 manatdır.
Tenderdə iştirak haqqı 24 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Jalə Novruzova - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi / [email protected] / +994 50 234 48 83
Qeyd edək ki, “Aqroservis” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 366 milyon 593 min manat olan şirkətin qanuni təmsilçisi Mekhman Veisalovdur. Şirkət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov, ev.12 hüquqi ünvanında yerləşir.















