Azərbaycanda 2026-cı ilin birinci yarısının sonuna ən böyük öhdəlikləri banklar məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı öhdəliklərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, ölkə bankları arasında öhdəlkilərinin həcmi ən çox olan bank Azərbaycan Beynəlxalq Bankı - «ABB Bank»dır. Bankın öhdəliklərinin həcmi 13,1 milyard manatdır.
«Kapital Bank»ın öhəlkilərinin həcmi 11,9 milyard manat, «PAŞA Bank»ın öhdəliklərinin həcmi 8,6 milyard manat təşkil edib.
Siyahıda dördüncü yerdə 2,4 milyard manat öhdəliklərlə «Bank Respublika», beşinci yerdə isə 2,3 milyard manat öhdəliklərlə «XalqBank» dayanıb.















