Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 16 min 680,8 ton kolbasa məmulatları istehsal edilib.
Azərbaycanda marqarin və kərə yağı istehsal azalıb – DURU YAĞ İSTEHSALI ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kolbasa məmulatlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1 860,5 ton və ya 12,6% çoxdur.
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında ölkədə 14 min 820,3 ton kolbasa məmulatları istehsal edilmişdi.
Bu ilin iyul ayının birinə ölkədə sənaye müəssisələrinin anbarlarında hazır kolbasa məmulatları ehtiyatının miqdarı 19,6 ton təşkil edib. Bu da, illik müqayisədə 18,9 ton və ya təxminən 2 dəfə azalma deməkdir. Bu il istehsal olunan kolbasa məmulatlarının demək olar ki, hamısı – daha dəqiq 99,9%-i satılıb.















