Bu ilin ilk yarısının sonunda Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatlarının həcmi 178,1 ton olub.
Neft Fondunun gəlirləri 300 milyon manat – AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Fonda istinadən xəbər verir ki, qızıl ehtiyatları cari ilin birinci rübünün sonunda da 178,1 ton idi. Yəni bu ilin ikinci rübündə Fond qızıl alışı və satışı həyata keçirməyib.
Məlumat üçün bildirək ki, bu ilin ilk rübündə ARDNF qızıl ehtiyatlarının 21,9 tonunu satmışdı. Belə ki, ilin əvvəlində Fondun qızıl ehtiyatlarının həcmi 200 ton idi.














