Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü Hilton Garden Inn Baku Hotelini ziyarət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Nigar Ələsgərova və Katibliyin üzvlərini Hotelin baş direktoru Rəsul Mürsəqulov və satış direktoru Nərmin Əlisoy qəbul ediblər.
Rəsul Mürsəqulovu yeni təyinatı ilə bağlı təbrik edən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. Sədr həmçinin Hilton Garden Inn Baku Hoteli ilə ATİB arasında mövcud tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.
Hilton Garden Inn Baku Hotelinin baş direktoru Rəsul Mürsəqulov Azərbaycanda turizm sektorunun inkişafı, hotelçilik sahəsində həyata keçirilən yeniliklər, xidmət keyfiyyətinin yüksəldilməsi və ölkənin turizm potensialının daha səmərəli tanıdılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.
Görüş çərçivəsində həmçinin Azərbaycanda turizmin inkişaf perspektivləri, hotelçilik sektorunda əməkdaşlıq imkanları, turizm sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.




















