Azərbaycanın aparıcı bank olmayan “Regional” BOKT 2026-cı ili ilk yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təşkilatın dərc edilmiş 6 aylıq aralıq hesabatına əsasən BOKT 2026-cı ilin birinci yarımilliyində öz inkişafını “2024-2026-cı illər üzrə təsdiq edilmiş Dayanıqlı İnkişaf Strategiaysı”na uyğun davam etdirib.
Belə ki, "Regional" BOKT MMC hesabat dövrünü 80 650,00 manat xalis mənfəətlə tamamlayıb. Təşkilatın faiz gəlirləri 989 600 AZN təşkil edib ki, bu da 2025-ci ilin analoji dövründən 28,6% çoxdur.
BOKT-un qeyri faiz gəlirləri 228 290 manat olub, və bu ötən ilin eyni dövrü ilə müqayisədə 115% və ya 2,1 dəfə artıqdır. 30 iyun 2026-cı il tarixinə BOKT-nın aktivləri 6 829 305 manat təşkil etmişdir ki, bu da cari ilin əvvəli ilə müqayisədə 3,7%, ötən birinci yarımilliyi ilə müqayisədə isə 30,3% artım deməkdir.
Təşkilatın əsas gəlir mənbəyi olan kredit portfeli 2026-cı ilin ilk altı ayında 19,7% artmışdır, həmin dövrdə öhdəliklərin artımı isə cəmi 0,8% təşkil edib.
Öhdəliklərin strukturunda da ciddi dəyişikliklər baş vermişdir. Belə ki, öhdəliklərin strukturunda bank kreditlərinin payı azalıb, əvəzində fond bazarından (istiqrazlar vasitəsilə) cəlb olunmuş vəsaitlərin payı artıb.
"Regional" BOKT 2026-cı ildə qiymətli kağızlar bazarında aktiv iştirakını davam etdirib və bu dövrdə əlavə iki korporativ istiqraz emissiyası Dövlət qeydiyyatına alınıb. Təşkilatın dövriyyədə olan bütün qiymətli kağızları üzrə kupon ödənişləri – istiqrazlar üzrə faiz ödənişləri isə dəqiq və zamanında icra olunur. BOKT-nın kapital mövqeyi də möhkəmlənərək ötən ilin analoji dövrü ilə müqayisədə 45,6% artıb.
2026-cı ilin ilk yarısında "Regional" BOKT maliyyə inklüzivliyinin artırılması istiqamətində fəaliyyətini daha da genişləndirib.
Təşkilatın yeni Bərdə filialının fəaliyyətə başlaması ilə satış nöqtələrinin sayı beşə çatdırılmışdır. Eyni zamanda təşkilat onlayn satış platformasını istifadəyə verib və "Almanat" mobil tətbiqi vasitəsilə müştərilərinə yeni innovativ məhsul təqdim edib.
Azərbaycan bazarında ilk dəfə olaraq təminatlı istehlak kreditlərinin məsafədən rəsmiləşdirilməsi və təqdim olunmasına başlanılıb.
Hesabat dövründə təşkilatın informasiya sistemləri tam yenilənıb, daha müasir proqram təminatı tətbiq edilibvə müxtəlif dövlət qurumları ilə elektron inteqrasiya uğurla başa çatdırılıb.
"Regional" BOKT-da korporativ idarəetmə sistemi də təkmilləşdirilib. 2025-ci ilin sonundan etibarən şirkətdə təkbaşına icraedici rəhbərlik modelindən İdarə Heyəti idarəetmə formatına keçid təmin edilib.
Hazırda təşkilatda müxtəlif ixtisaslaşmış komitələr fəaliyyət göstərir. Eyni zamanda əməkdaşların sayı 59% artaraq 46 nəfərə çatıb. "Regional" Bank Olmayan Kredit Təşkilatı fəaliyyətində korporativ idarəetmə prinsiplərinə, maliyyə şəffaflığına, məsuliyyətli biznes yanaşmasına və sosial dəyərlərə sadiqliyini qorumaqda davam edir.
Təşkilat bundan sonra da fəaliyyətində şəffaflıq, məsuliyyət, korporativ idarəetmə prinsipləri və sosial məsuliyyət dəyərlərinə sadiqliyini qoruyaraq bütün maraqlı tərəflər üçün uzunmüddətli dəyər yaratmağı əsas prioritetlərindən biri hesab edir.














