Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 73 milyon 344 min dollar dəyərində 168,3 min ton gübrə satılıb.
Bir sıra mallar üçün gömrük yığımları müəyyənləşib - MƏBLƏĞ
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 19 milyon 30 min dollar (20,6%), miqdar ifadəsində 148,6 min ton (46,9%) azalıb.
Bu il xaricə satılan gübrənin bir kiloqramının orta qiyməti 75 qəpik olub. Bu qiymət ötən ilin ilk yarısında 50 qəpik idi. İllik müqayisədə xaricə satılan gübrənin qiyməti 50% bahalaşıb.
Qeyd edək ki, ötən ilin ilk yarısında Azərbaycandan xaricə 92 milyon 374 min dollar dəyərində 316 min 878 ton gübrə satılmışdı.














