Bu ilin iyul ayının biri vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 431,4 min baş olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 min baş və ya 0,9% azdır.
İribuynuzlu mal-qaranın 1 milyon 211 min başı inək və camışlar olub. Bu da, illik müqayisədə 9,2 min baş və ya 0,8% daha azdır.
Hesabat dövründə ölkədəki qoyun və keçilərin sayı 6 milyon 850,6 min baş olub. Ötən ilin iyul ayının biri vəziyyətinə bu rəqəm 6 milyon 886,5 min idi. Beləliklə, illik azalma 35,9 min baş və ya 0,5% olub.
Bundan başqa, ölkədəki donuzların sayı da 79 baş (2,3%) azalaraq 3 min 298 başa düşüb.














