Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycandan xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarının sayı barədə məlumatları açıqlayıb.
Bakıdan bu şəhərə ucuz uçuşlar başladı – QİYMƏT 220-280 MANAT
FED.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 5,1 faiz azalaraq 937,4 min nəfər olmuşdur. Vətəndaşlarımızın 41,5 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox), 17,1 faizi Rusiya Federasiyasına (3,0 faiz az), 11,7 faizi Gürcüstana (0,2 faiz çox), 6,2 faizi İrana (41,0 faiz az), 23,5 faizi isə digər ölkələrə (7,7 faiz az) getmişdir. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.
2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.















