TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 130024220) “Zeytun Pharmaceuticals” MMC (VÖEN: 1701688171) satınalma müqaviləsi imzalayıb.
Mərkəzi Bankdan 6 ayda 9 tender udan şirkətə - 625 MİNLİK SİFARİŞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində şirkətdən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrası məqsədilə tibb min vasitələri"nin satın alınacaq. Müavilənin dəyəri 447 min 749 manat təşkil edir.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə VÖEN alıb. Qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev.21C ünvanında yerləşir.
Məlumat üçün bildirək ki, “Zeytun Pharmaceuticals” MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satdığı üçün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edilmişdi.
İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 - 5 min manat məbləğdə cərimə edilir.















