Çin bazarına daxil olan «Tesla»nın satışlarındakı rekord rəqəmlər şirkətin maliyyə durumuna əla təsir edib. «Tesla»nın səhmləri indiyədək görünməyən həddə yüksəlib.
1 kreslo 86 milyon dollar – İlon Mask Rusiyanın «pul kranı»nı necə bağladı
May ayında «Tesla Model 3»ün Çindəki satışları aprel ayı ilə müqayisədə 3 dəfədən çox artıb, ötən ay 11 min 95 avtomobil satılıb. Nəticədə həftənin ilk günündə «Tesla»nın səhmi rekord səviyyəyə - 949.92 dollara çatıb.
Koronavirus probleminə baxmayaraq işinə davam edən və bir qədər əvvəl Çin bazarına daxil olan «Tesla» şirkəti bunun faydalarını görməyə başlayıb. Çindən gələn məlumatlar şirkətə rekord qırmağa kömək edib.
Dünyanın iki milyarderi arasında - QALMAQAL YARANIB
Çin Sərnişin Avtomobil Birliyinin məlumatlarına görə, «Tesla»nın Şanxaydakı fabrikində istehsal olunan «Model 3»dən ötən ay 11 min 95 ədəd satılıb. Apreldə bu rəqəm 4 mindən də az idi, başqa sözlə, cəmi bir ayda «Tesla»ların satışı 3 qat artıb.
Çin hökumətinin xarici investora nümunəvi dəstəyi
Amma bu hadisə - «Tesla» satışının rekord vurması təkcə satışların həcmi ilə diqqəti cəlb etməyib. «Tesla»nın Çindəki zavodunun qurulması və ona yaradılan şərait xarici investorlara göstərilən dəstək baxımından nümunəvi sayla bilər.
Belə ki, «Tesla» Çin hökumətinin güzəştləri ilə Şanxayda avtormobil zavodunu 2019-cu ildə yaradıb. Layihəyə yerli banklar 1,6 milyard dollar investisiya dəstəyi verdilər və fabrikin qurulacağı torpaqlar hökumət tərəfindən Tesla-ya verildi və qısa müddətdə lazımi icazələr alındı.
Çin, həmçinin Tesla'ya nadir bir qərarla, yerli tərəfdaş olmadan fabrikin müstəqil fəaliyyət göstərməsinə icazə verdi.
Xatırladaq ki, «Tesla»nın sahibi Elon Mask Kaliforniyadakı «Tesla» fabrikini açmaq üçün əməlli başlı mübarizə aparmalı olub. Şanxayda isə tam əksi baş verib, yerli səlahiyyətlilər hər cür qoruyucu vasitələr dəstəyi verdilər və fabriki qısa müddətdə yenidən həyata gətirdilər.
İndiyədək «bahalı səhm» qiyməti 781 dollar olmuşdu
"Düşünürük ki, Çində nəqliyyat vasitələrinin satışının yüksəkliyi Teslanın səhminin qiymətini 300 dolar artıracaq" deyə «Wedbush Securities»-dən Dan İves bildirib. «İnanırıq ki, elektrik nəqliyyat vasitələrinə maraq növbəti 12-18 ay ərzində artacaqdır. Bizim qiymətləndirmələrimiz Tesla səhminin 1350 dollaradək bahalaşa biləcəyini göstərir».
Xatırladaq ki, bir qədər əvvəl səhmin qiyməti ilə bağlı açıqlaması Elon Maska baha başa gəlmişdi. 1 Mayda etdiyi tvitdə «Teslanın səhm i bahadır» yazdıqdan sonra qısa müddətdə şirkətin səhminin qiyməti 781 dollardan 701 dollara enib.