Ləğv prosesində olan “Bakı Avtomobil Sənaye” ASC-nin (VÖEN: 2000073341) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
2. Ləğv prosesində olan “Bakı Avtomobil Sənaye” ASC- nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və ləğvetmə balansının təsdiq edilməsi;
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər;
Qeyd edək ki, “Bakı Avtomobil Sənaye” ASC 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 3 milyon 186 min 830 manat olan şirkətin qanuni təmsilçisi Kərimov Vasif Ülfət oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev.4 hüquqi ünvanında yerləşir.













