Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin satışı ilə məşğul olan «Xəzər-Lada» şirkəti 2022-ci il üzrə hesabatını açıqlayıb.
Azərbaycanda Rusiya avtomobilləri buraxılacaq – QİYMƏTLƏR, GÖSTƏRİCİLƏR
FED.az xəbər verir ki, ötən il şirkətin satışdan gəlirləri kəskin azalıb. Belə ki, şirkət 2021-ci ildə 27 milyon 845 min manatlıq satış etmişdisə, 2022-ci ildə bu rəqəm 11 milyon 774 min manata düşüb – 2,4 dəfə azalma.
Şirkətin əməliyyat xərcləri isə 11 milyon 224 min manat olub. Ötən il isə bu rəqəm 27 milyon 172 mmin manat olmuşdu – 2,4 dəfə azalma.
Nəticədə 2022-ci ilin sonunda «Xəzər-Lada» ASC-nin vergidən əvvəlki mənfəəti 550 min manat, 110 min manat mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəəti 440 min manat olub.
2021-ci ildə isə şirkət ili 503,5 min manat xalis mənfəətlə tamamlamışdı.
2022-ci ildə şirkətin aktivləri 5% və ya 700 main manat azalaraq 13 milyon 388 min manata düşüb. Cəmi kapital 9 milyon 582 min manat, öhdəliklər isə 3 milyon 806 min manat olub.