Rusiyanın “Sollers” və Azərbaycanın “Azərmaş” şirkətləri Azərbaycanda yüngül kommersiya avtomobillərinin istehsalı sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Azərbaycana elektromobillərin idxalı - 6 DƏFƏDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, “Mayın 19-da “Rusiya-İslam Dünyası: KazanForum” forumu çərçivəsində “Sollers” PJSC və “Azərmaş” MMC arasında Azərbaycan Respublikasında “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb”, - məlumatda deyilir.
FED.az xəbər verir ki, müqavilə Rusiyadan gətirilən komponentlərdən istifadə etməklə “Azərmaş” müəssisəsinin müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur.
Hələlik Azərbaycanda hansı modellərin istehsalının nəzərdə tutulduğu açıqlanmır.
Xatırladaq ki, «Sollers» 2022-ci ilin sonunda Alabuga Azad İqtisadi Zonasındakı zavodda Argo və Atlant kommersiya modellərinin montaj istehsalına başlayıb. «Sollers Argo» avtomobilləri Rusiyada 2,6 milyon rubl, yəni təqribən 35 min dollara təklif olunur. «Atlant» modeli ən azı 2,9 milyon rubla, 39 min dollara başa gəlir və ümumi çəkisi 2,5- 4,2 ton arasında olan bir neçə versiyada mövcuddur. Maşınlar 139 və ya 150 at gücündə dizel mühərrikləri ilə təchiz edilib.