Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycana 1 milyard 793 milyon 88 min dollar dəyərində 94 min 583 ədəd avtomobil idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında məlum olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı dəyər ifadəsi ilə 308,7 milyon dollar və ya 20,8%, miqdar ifadəsi ilə isə 19 min 860 ədəd və ya 26,6% artıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 484 milyon 417 min dollar dəyərində 74 min 723 ədəd avtomobil gətirilmişdi.
1 ədəd avtomobilin orta idxal qiyməti 2025-ci ilin 10 ayının nəticələrinə görə orta hesabla 18 min 958 dollar (təxminən 32 min 229 manat) olub ki, bu da son bir ildə 878 dollar (təxminən 1493 manat) və ya 4,4% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında isə 1 ədəd avtomobilin orta idxal qiyməti 19 min 836 dollar (təxminən 33 min 722 manat) təşkil etmişdi.
Ümumilikdə digər növ avtomobillərin idxalı aşağıdakı cədvəldə göstərilən miqdarda və məbləğdə olub.
|
XİF MN üzrə malın kodu |
Malın adı |
Miqdarı (ədəd) |
Statistik dəyəri (min ABŞ dolları) |
|
Cəmi idxal olunmuşdur <br> o cümlədən: |
94 583 |
1 793 087.94 |
|
|
8702 |
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri |
702 |
74 760.10 |
|
8703 |
Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri |
86 909 |
1 606 637.95 |
|
870340 870350 |
elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri |
13 657 |
286 781.52 |
|
870360 870370 |
elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri |
37 476 |
704 619.57 |
|
870380 |
yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri |
1 732 |
52 082.79 |
|
8704 |
Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri |
6 588 |
74 771.48 |
|
8705 |
Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri |
384 |
36 918.42 |












