Azərbaycandan Almaniya və İtaliyaya orqanik fındıq ixracına başlayacaq. FED.az verir ki, «Qəbələ Yeyinti Məhsulları İstehsalı» ASC istehsal etdiyi fındıq məhsulları üzrə bio orqanik əkinçilik sertifikatı alıb. Sertifikatın alınmasında şirkətə «Bureau De Qualite» şirkəti məsləhət xidməti göstərib. Bir il davam edən proses nəticəsində «Qəbələ YMİ» ASC-yə Fındıq bağlarının və fındıq emalı zavodunun «Bio Organik» sertifikatı təqdim edilib. Şirkətin İdarə Heyətinin sədri Anar İsmayılov FED.az-a müsahibəsində bildirib ki, yeni sertifikatın alınması xaricə daha bahalı və böyük tələbat olan orqanik fındıq ixrac etməyə eləcə də icrac dairəsini genişləndirməyə imkan verəcək.
ELƏCƏ DƏ BAX : Bu il nar bol olacaq
- Anar müəllim, bir neçə gün əvvəl şirkətiniz «Bio Organik» standartlara cavab verən beynəlxalq sertifikat alıbö. Bu sertifikatı almaqda məqsəd və planınız nədir?
- Məqsədimiz Azərbaycandan orqanik məhsul ixrac etməkdir. Bizim 380 hektara yaxın fındıq bağımız var. Uzun zamandır ki, sınaqlar keçiririk ki, orqanik sertfikat alaq. Nəticədə bu il üzü ağ çıxdıq və orqanik sertifikat aldıq. Artıq biz Avropaya orqanik məhsul ixrac edə bilərik.
- Bu günə kimi Avropaya məhsul ixrac edə bilirdiz?
- Bizim həm fındıq bağlarımız var həm də emal edirik. Biz həmişə məhsullarımızı Avropaya ixrac etmişik. Amma orqanik məhsul ixrac edə bilmirdik. Orqanik məhsulların ixrcaı daha məsuliyyətlidir. Biz bunu fermerlərin bağında da edə bilərdik. Amma bunu ancaq öz bağlarımızda həyata keçirdik və 5 il müddət lazım oldu ki, bu nəticəni əldə edək.
- Sizin şirkət olaraq bağlarınızın və fermerlərin bağlarının sahəsi nə qədərdir?
- Əvvəla qeyd edim ki, Qəbələ rayonlarında olan bütün fermerlərə bizim qapımız açıqdır. Rayonda 6-7 min hektara yaxın fındıq bağı var. Biz onun hamısını alıb emal edə bilmirik. İllik təxminən 3-4 min ton fındıq emal edirik. Bu da təxminən 3-4 min hektar deməkdir. Sırf bizim şirkətə məxsus olan 380 hektar sahədə heç bir gübrədən istifadə olunmur, tam orqanik məhsuldur.
- Yəni bu bağlarda heç bir gübrədən və ya pestisiddən istifadə olunmur?
- Xeyr, bizim 380 hektarlıq fındıq bağlarımızda heç bir gübrədən, pesstislərdən, fungesitlərdən istifadə olunmur. Tam orqanik bio məhsuldur. Necə deyərlər, Allah necə yetirirsə eləcə də təqdim edirik. alıcıya.
- Orqanik məhsul adi fındıqdan nə qədər bahadır?
- Bu əsasən müştəridən asılıdır. Ortalama statistika göstərir ki, orqanik fındıq məhsulu digər yetişdirilən fındıqlardan 1 dollardan bir qədər bahadır. Adi fındığı 6 dollara satırıqsa orqanik məhsulu 7 dollara sata bilirik. Müştəridən asılı olaraq orqanik məhsulu 20% qədər daha baha sata bilrik.
- Xaricə məhsul ixracınız hansı həddədir?
- Bu il mövsüm yeni başalyıb. Amma ötən il 1000 ton fındıq ləpəsi ixrac etmişik. Bu il bu min tonla yanaşı 200 tona yaxın orqanik məhsul ixrac edəcəyik. Haradan müştəri olsa o ölkəyə məhsul ixrac edə bilərik. Ənənəvi olaraq bizdən fındığı əsasən italyanlar və almanalar alır.
- Məhsulları satış şəbəkəsinə yoxsa birbaşa müştərilərə satırsız?
- Biz birbaşa müştərilərin özlərinə satırıq. Vasitəçi ilə mal satmırıq. Fereroya da məhsul satırıq. «Bio orqanik» sertifikatla yanaşı, İSO 22 min sertifikatı almışıq. Bu sertifikat qida təhlükəsizliyinə aiddir. Gələcəkdə müştərilərin istədiyindən asılı olaraq ola bilərki biz Global Gap sertifkatını da alaq.
Bizim istiqamətimiz fındıq olduğuna görə, hələki yalnız bu çərəzləri yetişdirib satırıq. Qarşımızda duran əsas məqsədlərdən biri isə yeni bağların salınmasıdır. Ötən il 25 hektar yeni bağ salmışıq. Bu il bu sahəni bir qədər də artırmaq istəyirik.
Xatırladaq ki “Bureau De Qualite” şirkəti yerli və beynəlxalq standartlarla bağlı məsləhət xidmətləri göstərən ixtisaslaşmış şirkətidir. Şirkət dövlət və özəl sahələrdə, neft və qeyri-neft sektorunda fəaliyyət göstərən təşkilatlara beynəlxalq standartların tətbiq edilməsində, lisenziya və icazələrinin alınmasında dəstək verir.