Yapı Kredi Bank Azərbaycan
Kart və POS Məhsullarının Satış və Marketinqi üzrə baş mütəxəssisi/müdir müavini
Son tarix 28 noy 2026 - Müraciət et
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 3 il bank təcrübəsinin olması (ödəniş sistemləri, kart məhsulları, POS biznesi sahəsində)
- Mükəmməl azərbaycan və ingilis dili biliklərinin olması (türk, rus dili biliklərinə də üstünlük verilir);
- Microsoft Office proqramları, xüsusi ilə Excel proqrami biliyinin olması;
- Ünsiyyət, problem həll etmə və danışıqlar aparmaq bacarığına malik olması;
- Analitik biliyə sahib olub, yaradıcı, strateji həll təklifləri və fikirlərinin olması;
Funksional Öhdəliklər:
- POS portfelinin və merchant bazasının inkişaf etdirilməsi
- Şöbə ilə birlikdə və / və ya birbaşa müştəri danışıqlarına getmək; şöbələrə məsuliyyət daşıdıqları məhsullar daxilində marketinq və satış sahələrində dəstək vermək;
- Yeni merchant-ların (Üzv Ticarət Obyekti) cəlb edilməsi və mövcud merchant aktivliyinin artırılması
- POS dövriyyəsinin və komissiya gəlirlərinin artırılması
- ÜTO xidmətlərinin keyfiyyətini ölçmək, təqib etmək və yeni keyfiyyət artırıcı tədbirlərin alınmasını təmin etmək
- POS dövriyyəsini artırmağa istiqamətli sektor / ÜTO kampaniyalarına rəhbərliyi təmin etmək;
- Məsuliyyət sahəsindəki sektor və ona aid ÜTO-lar üçün elan lövhələrində iştirak edən filial və Bank miqyasında elan edilən komissiya, blok və s. məlumatları reviziya etmək və kampaniyalara bağlı məlumatlandırmaları vaxtında və dolğun etmək;
- Məhsul inkişaf etdirmə işlərini icra etmək, yeni iş sahələri və bazar ehtiyaclarına istiqamətli yeni həll və təkliflər yaratmaq və rəqabət təhlili etmək;
- Yeni POS cihazı və inteqrasiya imkanlarını araşdırmaq və tətbiqi üçün təkliflər vermək
- Müştəri əsaslı icra edilən bütün fəaliyyətlərdə istifadə ediləcək olan ünsiyyət materiallarının hazırlanması mərhələsində; fəaliyyətlərin dizayn və nəticələrinin qiymətləndirilməsi mərhələsində həyata keçiriləcək analitik işlərdə vəzifə almaq;
- Debet, kredit və premium kart məhsullarının inkişafının idarə edilməsi
- Kart məhsullarının tarif, gəlirlilik və rəqabət göstəricilərinin təhlili
- Kartların aktivləşdirilməsi və istifadə intensivliyinin artırılması
- Kart və POS stok təqibi və sifarişlərin verilməsi
- Kart və POS məhsulları üzrə marketinq kampaniyalarının hazırlanması
- Visa/Mastercard və digər tərəfdaşlarla birgə kampaniyaların idarə edilməsi
- Keşbek, loyallıq və mükafat proqramlarının araşdırılması inkişafı və tətbiqi
- Kart-POS satış və marketinqi ilə bağlı digər tapşırıqlar
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.














