Gələn ildən bəzi dövlət-hökumət ödənişlərində vətəndaşdan xiddmət haqqı tutulmayacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə bu gün keçirilən görüşündə bildirib.
Bildirilib ki, indiki dövrdə təqribən 14 dövlət-hökumət qurumuna cərimə, ödənişi edərkən vətəndaşdan bank xidməti haqqı tutulur. Yanvar ayına qədər bu məsələnin həll olunması gözlənilir.













