Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 98,1 milyon dollarlıq şaftalı satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Məlumata görə, şaftalı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 milyon manat və ya 11,2% azalıb.
Təkcə sentyabr ayında 10,8 milyon dollarlıq şaftalı ixrac edilib ki, bu da, ötən ilin eyni dövrünə nəzərən 1 milyon dollar (8,5%) daha azdır.
Xatırladaq ki, ötən ilin yanvar sentyabr aylarında Azərbaycandan xaricə 110,5 milyon dollarlıq, təkcə sentyabr ayında isə 11,8 milyon dollarlıq şaftalı satılmışdı.













