Azərbaycanda çoxdan müzakirə olunan maaş kartını istənilən bankdan ala bilmə imkanı gələn il işə düşəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə bu gün keçirilən görüşündə bildirib.
Görüşdə açıqlanıb ki, gələn ilin aprel ayının 1-dən etibarən istənilən şəxs öz maaş hesabını heç bir əlavə ödəniş etmədən istədiyi banka keçirə biləcək.
Növbəti addımda təqaüdçülər də eyni qaydada istədikləri bankı seçə biləcəklər.
Mərkəzi Bank bildirib ki, bu, banklar arasında yeni müştəriləri cəlb etmək üçün rəqabət yarada, hesabını daşıyanlara yaxşı güzəştlər təklifi verməyə sövq edə bilər.















