BlackRock Energy and Infrastructure LLC
Yol mühəndisi
Son tarix 29 noy 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yol tikintisi layihələrinin texniki cəhətdən təhlili və layihə sənədlərinin yoxlanılması;
- Yol həndəsəsi, yol profilləri, en kəsiklər və yol örtüyü konstruksiyalarının qiymətləndirilməsi;
- Torpaq işləri, yol əsasının və asfalt-beton örtüyünün tikintisinə texniki nəzarət;
- Tikinti işlərinin layihə cizgilərinə, texniki şərtlərə və qüvvədə olan standartlara uyğunluğunun yoxlanılması;
- İcra olunmuş işlərin həcmlərinin hesablanması və müvafiq texniki hesabatların hazırlanması;
- Mühəndislik sənədlərinin, işçi çertyojların və icra sənədlərinin hazırlanması və yoxlanılması;
- Layihəçi, podratçı və texniki nəzarət qrupu ilə koordinasiyanın təmin edilməsi;
- Yol tikintisi layihələri üzrə mühəndislik sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
- Texniki sənədlərin, hesabatların və layihə sənədlərinin tərtib edilməsi;
- Layihə sənədlərinin müvafiq texniki norma və standartlara uyğunluğunun təmin edilməsi;
- Texniki yazışmaların və sənədləşmənin ingilis dilində aparılması;
- Layihə komandası və digər aidiyyəti tərəflərlə koordinasiyanın təmin edilməsi;
İş qrafiki və qeydlər:
- 5 günlük iş qrafiki
- İş yerinin ünvanı: Baş ofis Azur plaza (8 Noyabr prospekti)
- Əmək haqqı: 1000-1500 AZN
Tələblər:
- Təhsil: Yol mühəndisi (Yol və ya mülki tikinti) ixtisası üzrə ali təhsil
- Yol mühəndisi sahəsində azı 2 il iş təcrübəsi
- Cinsi: Qadın
- İngilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Yol mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.














