Dubay şokoladı adı ilə tanınan şirniyyatın məşhurlaşması dünyada püstə qıtlığı yaradıb.
FED.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qəzet yazıb ki, 2024-cü ilin yay aylarında dünyada Dubay şokoladının sürətlə məşhurlaşməsi bu şirniyyatın istehsalının artmasına və istehsal prosesində istifadə olunan püstə qıtlığının yaranmasına səbəb olub.
Xatırladaq ki, Dubay şokoladı püstə pastası və kataifi xəmiri ilə doldurulmuş şokoladdır. Sosial şəbəkələrdə sürətlə populyarlaşan şirniyyata böyük tələbat yaranıb.
«Dubay şokoladının populyarlığının sürətli artımı püstənin qlobal təklif qıtlığını yaradıb ki, bu da dünyada onsuz da mövcud olan püstə qıtlığını daha da gücləndirib və qiymətləri bahalaşdırıb» - deyə “Financial Times” yazıb.
Xatırladaq ki, dünyada püstənin əsas ixracatçı ölkəsi ABŞ-dır. Onsuz da keçən il məhsul azlığı səbəbindən püstə ehtiyatları azalıb və bazarda qıtlıq hiss olunurdu. İndi isə Dubay şokoladı səbəbindən püstə ləpəsinin 1 funtunun (440 qram) qiyməti 7,65 dollardan 10,30 dollara, başqa sözlə 1 kiloqram püstənin qiyməti 17 dollardan 23 dollara yüksəlib. Məqalədə
Hətta iş o yerə çatıb ki, bəzi mağazalar adambaşına satılan şokolad plitələrinin sayına məhdudiyyət qoymağa məcbur olublar.