“Günay Kənd Təsərrüfatı Məhsulları” ASC-nin (VÖEN: 7700041021) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Xaçmaz rayonu, Çarxı kəndində baş tutacaq. Aşağıdakı məsələlər növbədən kənar ümumi yığıncağın gündəliyinə daxil edilib:
1. “Günay Kənd Təsərrüfatı Məhsulları” Açıq Tipli Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin təyin edilməsi.
2. Digər məsələlər.
Qeyd edək ki, “Günay Kənd Təsərrüfatı Məhsulları” ASC 2000-ci ildə yaradılıb. Nizamnamə kapitalı 615 min 872 manat olan şirkətin qanuni təmsilçisi Süleymanov Əzizağa Mirpaşa oğludur.













