2023-cü ilin sentyabr ayında Türkiyədə 102 min 656 mənzil satın alınıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 9,5 faiz azdır.
Türkiyədə mənzilin gündəlik kirayəyə verilməsi üçün qonşulardan razılıq məktubu və lisenziya alınacaq
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.
Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə 900 min 74 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 930 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.
Eyni ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 28 min 64 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır. (Trend)