Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda faydalı qazıntı yatağı hərraca çıxarılır.
“Landmark” binası 120 milyona satışa çıxarıldı - DETALLAR
FED.az Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 21 yanvar saat 10:00-da baş tutacaq.
Hərraca Şərur rayonu “Arpaçay” çınqıl-qum qarışığı yatağı çıxarılacaq.
4 hektar ərazini əhatə edən və 200 000 kub metr həcmində olan yatağın istismar müddəti 10 ilədək nəzərdə tutulub.
Hərracda start qiyməti 18 000 manat, beh məbləği isə 1 800 manat təşkil edir. Hərracda iştirak haqqı isə 540 manatdır.