Dekabrın 22-də saat 18:41-də təşkil olunacaq hərraca biznes mərkəzi çıxarılacaq.
Bakıda start qiyməti 6 milyondan çox olan dövlət müəssisəsi - HƏRRACA ÇIXARILDI
FED.az xəbər verir ki, hərraca Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılacaq.
Qeyd edək ki, “Landmark” Biznes Mərkəzinin ümumi sahəsi 32 653,75 m(2) təşkil edir.
Hərracda iştirak haqqı 15 manat, beh məbləği isə 6 milyon manat müəyyən edilib. Ən əsası qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manatdır.