13 avqust 2025-ci il tarixində saat 15:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müxtəlif bölgələrdə yerləşən torpaq sahələrinin icarəyə verilməsi üzrə müsabiqə və hərraclar keçiriləcək.
Dövlət avtomobilləri hərracda satıldı: "Toyota Camry"yə 14 500 manat verdilər
FED.az xəbər verir ki, hərrac və müsabiqələr Yevlax, Kürdəmir, Tərtər, Bərdə, Ağstafa və Beyləqan rayonlarının aidiyyəti bələdiyyələri tərəfindən torpaqların istifadəyə verilməsi məqsədilə təşkil olunur.
Torpaqların ümumi sahəsi 47 hektardan çoxdur və əksəriyyəti kənd təsərrüfatı məqsədilə — xüsusilə heyvandarlıq və əkinçilik fəaliyyəti üçün nəzərdə tutulub. İcarə müddətləri isə 5 ildən 20 ilə qədər dəyişir. Hər bir torpaq sahəsi üçün icarə haqqının illik aşağı həddi və ilkin qiymət müəyyən edilib.
Ən böyük torpaq sahəsi Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşir. Bu sahə 22.16 hektardır və 15 il müddətinə icarəyə veriləcək. İlkin icarə haqqı 2.216 manat olaraq müəyyən olunub.
Ən ucuz torpaq sahəsi isə Kürdəmir rayonunun Mollakənd bələdiyyəsindəki 1 hektarlıq örüş sahəsidir. Bu torpaq sahəsi 15 illik icarə üçün cəmi 115 manata təklif olunur.
Hərraca çıxarılan torpaqların kateqoriyası əsasən kənd təsərrüfatı təyinatlıdır və II və III keyfiyyət qrupuna aid örüş və əkin sahələrindən ibarətdir.
Müsabiqə və hərraca çıxarılmış bələdiyyə torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyəyə müraciət oluna bilər.
Bu torpaq müsabiqələri kənd təsərrüfatı fəaliyyəti göstərmək istəyən vətəndaşlar və sahibkarlar üçün əhəmiyyətli fürsət hesab olunur.
13 avqust 2025-ci il tarixində saat 15:00-da Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat:
Sıra № si |
Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (yerli icra hakimiyyəti, bələdiyyə) |
Müsabiqə və ya hərrac |
Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu |
Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı |
Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir (icarə ili) |
Satışda-normativ qiymət, icarədə icarə haqqının aşağı həddi (manatla) |
Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı (manatla) |
Hansı məqsəd üçün satılır və ya icarəyə verilir |
Kateqoriya, uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona |
Torpaq üzərində hüququ təsdiq edən sənədin nömrəsi |
1 |
Yevlax rayonu Yevlax Bələdiyyəsi (Aşağı Qarxun kəndi) |
Hərrac |
ƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00 |
12 avqust 2025-ci il tarixinədək Mingəçevir ərazi şöbəsi |
3.94 ha İcarə (20 il) |
30.73 |
670.00 67.00 |
Kənd təsərrüfatı məhsullarının istehsalı |
Ehtiyat fondu torpaqları III qrup çoxillik əkmə |
901012001684 |
2 |
Yevlax rayonu Qaraməmmədli Bələdiyyəsi (Rüstəmli kəndi) |
Hərrac |
ƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00 |
12 avqust 2025-ci il tarixinədək Mingəçevir ərazi şöbəsi |
2.4 ha İcarə (5 il) |
18.72 |
312.00 31.20 |
Kənd təsərrüfatı məhsullarının istehsalı |
Ehtiyat fondu torpaqları III qrup əkin |
901012002061 |
3 |
Kürdəmir rayonu Mollakənd Bələdiyyəsi (Ərəbxana kəndi) |
Müsabiqə |
ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28 Tel: (020) 213 01 13 |
12 avqust 2025-ci il tarixinədək Ucar ərazi şöbəsi |
1 ha İcarə (15 il) |
1.08 |
115.00 |
Kənd təsərrüfatı (heyvandarlıq) |
Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup örüş |
906012001171 |
4 |
Tərtər rayonu Azad Qaraqoyunlu Bələdiyyəsi (Evoğlu kəndi) |
Hərrac |
ƏMDX-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 393 Tel: (020) 205 27 77 |
12 avqust 2025-ci il tarixinədək Bərdə ərazi şöbəsi |
1.34 ha İcarə (15 il) |
2.04 |
205.00 20.50 |
Kənd təsərrüfatı (Heyvandarlıq) |
Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup Bonitet balı 76 örüş |
611012000767 |
5 |
Bərdə rayonu Otuzikilər Bələdiyyəsi (Böyük Göyüşlü kəndi) |
Hərrac |
ƏMDX-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 393 Tel: (020) 205 27 77 |
12 avqust 2025-ci il tarixinədək Bərdə ərazi şöbəsi |
5 ha İcarə (15 il) |
7.60 |
1000.00 100.00 |
Kənd təsərrüfatı (Heyvandarlıq) |
Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 59 örüş |
610012002280 |
6 |
Ağstafa rayonu Poylu Bələdiyyəsi (Poylu qəsəbəsii) |
Hərrac |
ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 |
12 avqust 2025-ci il tarixinədək Qazax ərazi şöbəsi |
22.16 ha İcarə (15 il) |
15.96 |
2216.00 50.00 |
Kənd təsərrüfatı (heyvandarlıq) |
Kənd təsərrüfatı təyinatlı torpaqlar Örüş |
502012001218 |
7 |
Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsi (Əhmədli kəndi) |
Hərrac |
ƏMDX-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel:(021) 225 16 24 |
12 avqust 2025-ci il tarixinədək Beyləqan ərazi şöbəsi |
10 ha İcarə (15 il) |
22.80 |
1000.00 100.00 |
Kənd təsərrüfatı (Heyvandarlıq) |
Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 52 örüş |
607012001887 |
8 |
Beyləqan rayonu Aşıqalılar Bələdiyyəsi (Aşıqalılar kəndi) |
Hərrac |
ƏMDX-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel:(021) 225 16 24 |
12 avqust 2025-ci il tarixinədək Beyləqan ərazi şöbəsi |
1.5 ha İcarə (20 il) |
14.40 |
450.00 45.00 |
Kənd təsərrüfatı məhsullarının istehsalı |
Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup əkin |
607012001915 |