2025-ci il iyulun 8-də Bakı şəhərində keçirilmiş hərracda müxtəlif dövlət qurumlarına məxsus 16 nəqliyyat vasitəsi satılıb.
Dövlət qurumlarının 24 avtomobili hərraca çıxarılır - QİYMƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, satışa çıxarılan avtomobillər Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi, Mərkəzi Seçki Komissiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olub.
Ən aşağı qiymətə satılan avtomobil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 2000-ci il buraxılışlı VAZ 21065 olub. Bu nəqliyyat vasitəsi ilkin olaraq 1200 manata hərraca çıxarılıb, lakin maraq doğurduğu üçün 2060 manata satılıb. Ən yüksək qiymətə satılan avtomobil isə Mərkəzi Seçki Komissiyasına məxsus 2013-cü il istehsalı Toyota Camry olub. Bu avtomobil 14.500 manata təklif edilib və elə həmin qiymətə də alıcı tapıb.
Hərracda bəzi avtomobillər ilkin qiymətdən daha baha qiymətə satılıb. 2011-ci il buraxılışlı Hyundai Sonata 9800 manata çıxarılıb və 9996 manata satılıb. 2014-cü il istehsalı Nissan Sunny 8500 manata təklif olunub, amma 10.800 manata alınıb. 2013-cü il Volkswagen Jetta da maraq doğuran avtomobillərdən olub – 8200 manata satışa çıxarılıb və 10.700 manata satılıb. Chevrolet Niva GLC isə 5800 manata təqdim olunsa da, yekunda 6670 manata satılıb.
Satışa çıxarılan avtomobillərin buraxılış illəri 2000–2014-cü illər arasında dəyişib.
Bakı şəhəri üzrə 8 iyul 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
Nissan Maxima minik |
77 YH 493 |
2006 |
2000 |
2000 |
18/25 21.05.2025 |
2 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
BMW 525İ minik |
77 YH 561 |
2006 |
9900 |
9900 |
18/25 21.05.2025 |
3 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
Chevrolet Niva 2123L minik |
77 AT 238 |
2011 |
6600 |
6600 |
18/25 21.05.2025 |
4 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
Hyundai Sonata minik |
77 PF 996 |
2011 |
9800 |
9996 |
18/25 21.05.2025 |
5 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
Chevrolet Niva minik |
77 PF 336 |
2007 |
4800 |
4800 |
18/25 21.05.2025 |
6 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
Chevrolet Niva minik |
77 PF 995 |
2011 |
6500 |
6500 |
18/25 21.05.2025 |
7 |
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi |
Chevrolet Niva GLC minik |
77 PF 998 |
2010 |
5800 |
6670 |
18/25 21.05.2025 |
8 |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası |
Nissan Sunny minik |
10 AH 453i/o |
2014 |
8500 |
10800 |
18/25 21.05.2025 |
9 |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası |
Volkswagen jetta minik |
99 AB 150 |
2013 |
8200 |
10700 |
18/25 21.05.2025 |
10 |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası |
Toyota Camry minik |
77 YF 616 |
2013 |
14500 |
14500 |
18/25 21.05.2025 |
11 |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası |
Chrysler minik |
90 AS 301 |
2013 |
3500 |
3500 |
18/25 21.05.2025 |
12 |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
VAZ 21065 minik |
77 YR 389 |
2000 |
1200 |
2060 |
18/25 21.05.2025 |
13 |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Chevrolet Niva 212300 minik |
03 AA 082 |
2010 |
4900 |
5247 |
18/25 21.05.2025 |
14 |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Chevrolet niva 21230 L minik |
08 AA 051 |
2007 |
2000 |
2410 |
18/25 21.05.2025 |
15 |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Chevrolet Niva 212300 minik |
21 AA 031 |
2007 |
4600 |
4600 |
18/25 21.05.2025 |
16 |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
QAZ-31105-801 minik |
39 AA 014 |
2008 |
1800 |
1800 |
18/25 21.05.2025 |