Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən CBRE investisiya şirkətinin mütəxəssisləri dünyanın ən böyük şəhərlərinin daşınmaz əmlakın orta qiymətinə görə reytinq (“Global Living Report 2020”) dərc edib.
Eləcə də bax: Koronavirus daşınmaz əmlak bazarını - DƏYİŞİB, YENİ ÜSULLAR
FED.az xəbər verir ki, CBRE-yə görə, ümumiyyətlə, tədqiqatda 39 şəhər iştirak edib. Reytinqin ilk pilləsində Honkonq (daşınmaz əmlakın orta qiyməti – 1 254 442 ABŞ dolları), sonuncu pilləsində isə Mərakeşin Kasablanka şəhəri (57 292 dollar) qərarlaşıb.
Qeyd edək ki, postsovet ölkələrindən siyahıda yalnız Moskva şəhəri yer alıb. Reytinqin 27-ci pilləsində qərarlaşan Rusiya paytaxtında daşınmaz əmlakın orta qiyməti 294 680 dollar təşkil edib.
# |
Şəhər |
Orta qiymət, $ |
1 |
Honkonq |
1 254 442 |
2 |
Münhen |
1 000 000 |
3 |
Sinqapur |
915 601 |
4 |
Şanxay |
905 834 |
5 |
Şençjen |
783 855 |
6 |
Pekin |
763 498 |
7 |
Vankuver |
754 617 |
8 |
Los-Anceles |
717 583 |
9 |
Paris |
650 555 |
10 |
Nyu-York |
649 026 |
Apa