Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci il iyunun 10-da keçiriləcək növbəti təkrar pul hərracında beş səhmdar cəmiyyətinə məxsus səhmlər satışa çıxarılacaq. Hərraca çıxarılan səhmlər müxtəlif regionlarda yerləşən və müxtəlif sahələr üzrə fəaliyyət göstərən 5 müəssisəni əhatə edir.
Ləğv olunan bankların Xətaidə yerləşən obyektləri - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, ən yüksək nominal dəyərlə səhmləri satışa çıxarılan müəssisə "Azinterservis" ASC-dir. 1997-ci ildə təsis olunmuş bu səhmdar cəmiyyəti Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Onun 886.154 manatlıq nizamnamə kapitalı əsasında buraxılmış 443.077 ədəd səhmindən 133.167 ədədi – yəni 30,06 faizi – hərraca çıxarılıb. Səhmlərin nominal dəyəri 266.334 manat olsa da, ilkin satış qiyməti 133.167 manat olaraq müəyyən edilib. Bu səhm paketi üçün tələb olunan beh məbləği isə 13.316,70 manatdır.
Digər müəssisələrdə satışa çıxarılan səhmlərin həcmi daha azdır. "Daşkəsən Aqrotexservis" ASC-nin cəmi 47 ədəd səhmi (0,05%) satışa çıxarılıb. Onların nominal və satış qiyməti eynidir – 94 manat. "Zabrat Tikinti Quraşdırma" ASC üzrə isə 75 ədəd səhm (0,17%) 150 manata təklif olunur. "Bərdə Kəndkimya" ASC-nin satışa çıxarılan 53 ədəd səhminin nominal və satış dəyəri 106 manat təşkil edir.
Beləliklə, iyunun 10-da keçiriləcək hərrac həm iri səhm paketləri, həm də kiçik paylarla maraqlanan investorlar üçün müxtəlif imkanlar təqdim edir.
Hər bir iştirakçı, ilkin satış qiymətinin 10%-i həcmində behi Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödəməklə prosesdə iştirak edə bilər.
2025-ci il iyun ayının 10-da keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat
Sıra sayı |
Səhmdar cəmiyyətinin |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı |
Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılmış səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal qiyməti (manat) |
Satışa çıxarılmış səhmlər |
Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) |
Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti |
İlkin satış qiymətinin |
|
sayı (ədəd) |
buraxılmış səhmlərin ümumi sayında |
|||||||||
1 |
Azinterservis №1107 01.12.1997 |
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 "a" |
886154.00 |
443077 |
2.00 |
133167 |
30.06 |
266334.00 |
133167.00 |
13316.70 |
2 |
Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 |
Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri |
368620.00 |
92155 |
4.00 |
41295 |
44.81 |
165180.00 |
148662.00 |
14886.20 |
3 |
Daşkəsən Aqrotexservis №383 02.03.1998 |
Daşkəsən rayonu, Quşçu körpüsü kəndi |
195246.20 |
97 623 |
2.00 |
47 |
0.05 |
94.00 |
94.00 |
9.40 |
4 |
Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi |
87385.60 |
43692 |
2.00 |
75 |
0.17 |
150.00 |
150.00 |
15.00 |
5 |
Bərdə Kəndkimya №533 06.04.1998 |
Bərdə şəhəri, Sənaye küçəsi, 5 |
191592.20 |
95796 |
2.00 |
53 |
0.06 |
106.00 |
106.00 |
10.60 |